ABŞ əvvəlcə Ukrayna üçün nəzərdə tutulan təxminən 30 milyon dollarlıq maliyyə vəsaitini ölkə daxilində kritik minerallar olan qallium və skandiumun istehsalının genişləndirilməsinə yönəldib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Pentaqonun açıqlamasında qeyd olunur ki, Müdafiə Nazirliyi Müdafiə İstehsalatı Aktı çərçivəsində "ElementUS Minerals" şirkətinə 29,9 milyon dollarlıq qrant ayırıb.
Məlumata görə, şirkət bu vəsaitdən sənaye tullantılarından qallium və skandiumun çıxarılması və təmizlənməsi üçün nəzərdə tutulan sınaq obyektinin yaradılmasına istifadə edəcək.
Bakı 



