"Bitcoin"in qiyməti ticarət zamanı 11 aprel 2025-ci ildən bəri ilk dəfə 10%-dən çox ucuzlaşaraq, 82 000 dollara düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Binance" platformasının məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 11:33-ə olan məlumata görə, "Bitcoin" 8.07% azalaraq, 20 aprel 2025-ci ildən bəri ilk dəfə 84 617 dollar səviyyəsində qərarlaşıb. Saat 11:34-ə kriptovalyuta ucuzlaşmasını sürətləndirib və bu ilin 11 aprelindən bəri ilk dəfə 82 000 dollara (-10.99%) düşüb.
Daha sonra "Bitcoin" saat 11:53-ə olan ticarət məlumatlarına görə, ucuzlaşmasını yavaşladıb və 84 029 dollar (-9,02%) təşkil edib.
Eyni zamanda, kapitallaşma baxımından ikinci ən böyük kriptovalyuta olan "Ethereum"un dəyəri 10.59% azalaraq, 2 719.66 dollara düşüb.
Bakı 



