Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə nəqliyyat, enerji, su təsərrüfatı və sosial infrastruktur sahələrində dövlət-özəl tərəfdaşlığı (PPP) layihələrinin inkişaf etdirilməsi üçün əməkdaşlıq imkanları nəzərdən keçirib.
Bakıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində IFC-nin Avropa üzrə Dövlət özəl tərəfdaşlığı sahəsində tranzaksiya məsləhət xidmətləri üzrə regional meneceri Tomas Lubek ilə görüş keçirib. Görüşdə Azərbaycanda PPP mexanizmlərinin tətbiqi, infrastruktur və sosial sahələrdə birgə layihələrin həyata keçirilməsi, həmçinin beynəlxalq maliyyə institutlarının bu prosesdə rolu müzakirə olunub, biznes mühitinin yaxşılaşdırılması, investisiyalar cəlb olunması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Qeyd edilib ki, PPP modellərinin tətbiqi həm infrastrukturun inkişafına, həm də özəl sektorun iqtisadiyyatda iştirakının genişlənməsinə mühüm töhfə verir.
Ölkəmizin Dövlət-Özəl Tərəfdaşlığı sahəsində atdığı addımlar yüksək qiymətləndirilib, IFC-nin bu istiqamətdə texniki yardım, maliyyə alətləri və beynəlxalq təcrübə ilə dəstək mexanizmləri müzakirə olunub.