• Bakı 19° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Şərq-Qərb dəhlizi üzrə daşımalar azalıb

İQTİSADİYYAT

22 Sentyabr 2025 | 17:27

Şərq-Qərb dəhlizi üzrə daşımalar azalıb

2022–2024-cü illərdə Azərbaycandan keçən beynəlxalq dəhlizlərlə yükdaşımaların həcmində artım müşahidə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi" nin (İİTKM) “Tranzit icmalı” nda qeyd olunub.

Məlumata görə, 2022-ci ildə Şimal-Qərb dəhlizi üzrə daşımalar 4,3 milyon ton təşkil edib. 2023-cü ildə bu rəqəm 4,57 milyon tona, 2024-cü ildə isə 4,58 milyon tona çatıb. Bu istiqamətdə 0,3 % artım qeydə alınıb.

Eyni zamanda artım Cənub-Qərb dəhlizində də qeydə alınıb. Belə ki, 2022-ci ildə 1,2 milyon ton olan yükdaşımalar 2023-cü ildə 2,6 milyon tona, 2024-cü ildə isə 3,22 milyon tona çataraq 25,9 %-lik artım göstərib.

Şimal-Cənub dəhlizində də ciddi artım müşahidə olunub. 2022-ci ildə 1,2 milyon ton olan daşımalar 2023-cü ildə 1,7 milyon tona, 2024-cü ildə isə 2,09 milyon tona yüksələrək 26 % artıb.

Bununla yanaşı, Şərq-Qərb dəhlizi üzrə daşımalarda müəyyən azalma müşahidə olunub. 2022-ci ildə 4,7 milyon ton olan daşımalar 2023-cü ildə 4,3 milyon tona, 2024-cü ildə isə 4,25 milyon tona düşərək 0,4 % azalıb.

Qeyd edək ki, digər dəhlizlər üzrə daşımalar 2022-ci ildə 0,41 milyon ton təşkil edib. 2023-cü ildə bu rəqəm 0,38 milyon ton azalsa da, 2024-cü ildə yenidən 0,41 milyon tona yüksələrək 8,2 %-lik artım qeydə alınıb.


SON XƏBƏRLƏR