• Bakı 20° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

ADSEA və "ACWA Power" şirkəti ilə anlaşma memorandumu imzalayıb

İQTİSADİYYAT

22 Sentyabr 2025 | 16:23

ADSEA və ACWA Power şirkəti ilə anlaşma memorandumu imzalayıb

 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Meliorasiya Elmi-Tədqiqat İnstitutu və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında su və torpaq sahəsində bilik və təcrübə mübadiləsi üzrə Anlaşma Memorandumu imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Sənədi İnstitutun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşov və "ACWA Power"in Azərbaycan və Türkiyə üzrə Baş Meneceri Selim Güven imzalayıb.

Saziş institutun fəaliyyət sahəsində elmi-texniki əməkdaşlığın gücləndirilməsinə yönəlib.


SON XƏBƏRLƏR