• Bakı 31° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Bu ixtisaslar üzrə peşə təhsilinə tələbə qəbulu başladı

CƏMİYYƏT

25 Iyul 2025 | 15:03

Bu ixtisaslar üzrə peşə təhsilinə tələbə qəbulu başladı

Əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi məqsədilə peşə təhsili sistemində yeni təhsil proqramları həyata keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Bu proqramlar beynəlxalq standartlara əsaslanan müasir tədris yanaşmaları, real iş mühiti təcrübəsi və güclü karyera dəstəyi ilə fərqlənir.

    Hazırda qrafik dizayner, veb dizayner və proqram təminatçısı, informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi, aşpaz, beynəlxalq mühasibat uçotu ixtisasları üzrə tələbə qəbulu davam edir. Təqdim olunan proqramlar çərçivəsində tələbələr dövlət nümunəli diplomla yanaşı, beynəlxalq səviyyədə tanınan sertifikatlara sahib olmaq imkanı əldə edəcəklər.

    Xüsusilə, beynəlxalq mühasibat uçotu ixtisasını seçən tələbələr ACCA (Association of Chartered Certified Accountants) təşkilatının F1, F2 və F3 sertifikatlarını qazanaraq maliyyə və mühasibatlıq sahəsində qlobal karyera imkanlarına yiyələnə biləcəklər. Aşpazlıq ixtisası üzrə təhsil alanlar isə City & Guilds (Səviyyə 1, səviyyə 2) beynəlxalq sertifikatı əldə edərək dünya səviyyəsində tanınan peşəkar aşpaz kimi fəaliyyət göstərə biləcəklər. Eyni zamanda, informasiya texnologiyaları və dizayn sahələrində də beynəlxalq sertifikatlar məzunların əmək bazarında rəqabət üstünlüyünü təmin edəcək.

    Bu proqramlar müasir tədris metodlarının tətbiqi, praktiki bacarıqların formalaşdırılması, əmək bazarında yüksək maaşlı işlərə çıxış perspektivləri ilə seçilir. Həmçinin, proqramlara qoşulan tələbələr Təhsil Tələbə Krediti imkanından da yararlana biləcəklər.

    Qeydiyyat prosesi davam edir və gələcəyini müasir peşələrdə qurmaq istəyən şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Son müraciət tarixi 11 avqust 18:00-dır.


    SON XƏBƏRLƏR

    25 Iyul 2025