• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

BDYPİ-dən AÇIQLAMA: Hərəkətin fasiləsizliyi tam təmin edilib - YENİLƏNİB

CƏMİYYƏT

24 Avqust 2025 | 15:02

BDYPİ-dən AÇIQLAMA: Hərəkətin fasiləsizliyi tam təmin edilib - YENİLƏNİB

Nəqliyyatın hərəkətində yanğınla bağlı yaranan intensivlik operativ şəkildə tənzimlənib və hərəkətin fasiləsizliyi tam təmin edilib.

BDYPİ-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Sədərək Ticarət Mərkəzində baş verən yanğınla əlaqədar hadisə yerinə cəlb olunan Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ətraf yollarda hərəkətin təhlükəsizliyini tam təmin ediblər.

Nəticədə nəqliyyatın hərəkətində yaranan intensivlik operativ şəkildə tənzimlənib və hərəkət axını fasiləsiz davam etdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, hərəkətdə olarkən əməkdaşların tələblərinə diqqətlə riayət etsinlər.

***

13:54

“Sədərək” ticarət mərkəzində baş verən yanğınla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yollarda təhlükəsizlik tədbirləri görülür.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın səbəbindən əraziyə yaxın yollarda hərəkətin intensivliyi artıb.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunaraq nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edir, yaranmış sıxlığın qarşısını almaq üçün zəruri tədbirlər görürlər.

Vətəndaşlardan xahiş olunur ki, hərəkətdə olarkən yol polisi əməkdaşlarının tələblərinə riayət etsinlər.


SON XƏBƏRLƏR

23 Avqust 2025