• Bakı 24° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

ABŞ-nin vitse-prezidenti Rusiyaya qarşı sanksiyaların tətbiqini istisna etməyib

DÜNYA

24 Avqust 2025 | 18:40

ABŞ-nin vitse-prezidenti Rusiyaya qarşı sanksiyaların tətbiqini istisna etməyib

Rusiya Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda çeviklik nümayiş etdirir, ABŞ danışıqlar prosesini xoş niyyətlə aparır.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens NBC News-a deyib.

Vitse-prezident bəyan edib ki, ABŞ gələcəkdə Rusiyaya qarşı sanksiyaların tətbiqini istisna etmir, lakin bu qərarlar fərdi qaydada qəbul ediləcək:

"Hesab edirəm ki, Rusiya prezidenti ABŞ lideri Trampa ciddi güzəştlər edib. Əslində, onlar üç il yarım ərzində ilk dəfə olaraq əsas tələblərində çeviklik nümayiş etdiriblər. Birləşmiş Ştatlar danışıqlar prosesində xoş niyyətlə iştirak edir. Qan tökülməsini dayandırmaq üçün həm ruslarla, həm də ukraynalılarla mümkün qədər çox danışıqlar aparmağa çalışırıq".


SON XƏBƏRLƏR