• Bakı 20° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

Polşa Belarusla sərhədi açacaq

DÜNYA

23 Sentyabr 2025 | 16:39

Polşa Belarusla sərhədi açacaq

Polşa hakimiyyəti Belarusla sərhədi açmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.

"Daxili işlər naziri, administrasiya və mən Belarusla sərhəd-keçid məntəqələrini yenidən açmaq qərarına gəldik. O, qərarı bu gün imzalayacaq", - Polşanın baş naziri deyib.

Tusk əlavə edib ki, ölkələr arasında sərhəd sentyabrın 25-inə keçən gecə yarısı açılacaq.

Qeyd edək ki, Polşa hakimiyyəti sentyabrın 12-də Belarusla sərhədi bağlayıb. Brest keçid məntəqəsində metal hasar və tikanlı məftillər quraşdırılıb. Varşava da sərhədə on minlərlə hərbçi yerləşdirib.

Polşa bu addımları Rusiya və Belarusun birgə keçirdiyi "Zapad-2025" hərbi təlimləri ilə əlaqələndirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR