Braziliya prezidenti Luiz İnasio Lula da Silva 2026-cı ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.
Bakıvaxtı.az “Reuters“ə istinadən xəbər verir ki o, yaşına baxmayaraq özünü enerjili hiss etdiyini bildirib.
“Mənim 80 yaşım olacaq, amma 30 yaşımda malik olduğum enerjiyə sahibəm. 4-cü prezidentlik dövrü üçün namizədliyimi irəli sürəcəm” da Silva qeyd edib.
Qeyd edək ki, Braziliya prezidentinin vəzifə müddəti 2026-cı ilin sonunda bitir.
O bundan əvvəl, 2002 və 2006 və 2022-ci illərdə prezident seçkilərinin qalibi olub.