• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Xəzərdən keçən dəhliz layihəsini inkişaf etdiririk - Ərdoğan

DÜNYA

22 Noyabr 2025 | 15:33

Xəzərdən keçən dəhliz layihəsini inkişaf etdiririk - Ərdoğan

Cənubi Afrika Respublikasında keçiriləcək 20-ci G20 Liderlər Zirvəsi üçün nəşr olunan kitabda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da diqqətçəkən fikirləri yer alıb.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, nəşrdə Türkiyə liderinin BMT Baş Assambleyasının bu ilin sentyabrında Nyu Yorkda keçirilən sammitindəki çıxışı “Daha ədalətli bir dünya mümkündür” başlığı ilə verilib.

Kitabda Ərdoğanın belə bir fikri əks olunub:

“Mövcud sınaqlarla uğurlu mübarizə üçün Ümumdünya Ticarət Təşkilatının iştirak etdiyi qaydalara əsaslanan beynəlxalq ticarətdə islahatları dəstəkləyirik. Ucuz, təhlükəsiz və davamlı enerji əldə etməyi xüsusən inkişaf etməkdə olan ölkələrin inkişaf hədəflərinə çatması üçün vacib hesab edirəm. Çindən Avropaya uzanan və strateji əhəmiyyətə malik Xəzərdən keçən Şərq-Qərb Orta Dəhlizi layihəsini inkişaf etdiririk.

Müasir nəqliyyat infrastrukturu və Bakı-Tiflis-Qars xətti ilə dünya ticarətinin inkişafına töhfə veririk”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026