"İran Ukrayna münaqişəsinin həllinə açıq şəkildə dağıdıcı təsir göstərən davranışları ilə seçilən Avropa ölkələrinin tələbi ilə Rusiya ilə dostluq münasibətlərini kəsməyəcək".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.
O, mətbuat konfransında vurğulayıb: "Rusiya ilə münasibətləri davam etdirən və onunla dostluq münasibətləri quran hər bir ölkənin Avropanın tələblərinə görə bu münasibətləri kəsməsini gözləmək tamamilə məntiqsizdir".
Bəqainin sözlərinə görə, Avropa ölkələri öz davranışlarını araşdırmalı və ilk növbədə Ukraynadakı münaqişənin niyə yarandığını təhlil etməlidirlər.
Zeynəb Rzayeva
Bakı 




