• Bakı C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

ABŞ senatoru: İranın raketləri İsrailin “Dəmir Günbəz” sistemini keçə bilər

DÜNYA

22 Dekabr 2025 | 11:52

ABŞ senatoru: İranın raketləri İsrailin “Dəmir Günbəz” sistemini keçə bilər

"İranın ballistik raketləri İsrailin “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemini dəf edə bilər və bu, ciddi təhlükədir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ-li senator Lindsi Qraham İsrailə səfəri zamanı bildirib.

O qeyd edib ki, İranın ballistik raket proqramı nüvə proqramı qədər risklidir və bu məsələ İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfəri zamanı prezident Donald Trampla müzakirə olunacaq.

Qraham vurğulayıb ki, İsrailin təhlükəsizliyini zəiflədən hər bir amil Amerikanın da təhlükəsizliyini zəiflədir və İranın İsraili təhdid etməsi ABŞ üçün də təhdiddir.

Senator həmçinin HƏMAS və Hizbullahın tərksilah edilməli olduğunu bildirərək, əks halda, İsrailin bu qruplara qarşı sərt addımlar atmasına icazə verilməli olunduğunu deyib.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

21 Dekabr 2025