ABŞ-nin Qrenlandiya üzrə xüsusi elçisi təyin olunmuş Luiziana qubernatoru Ceff Lendri Danimarkanın muxtar bölgəsini ABŞ-yə birləşdirməyə çalışacaq.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə "X"də yazıb:
"Qrenlandiyanın ABŞ-nin bir hissəsi olmasına kömək etmək üçün bu könüllü vəzifədə xidmət etməkdən şərəf duyuram".
Lendri əlavə edib ki, "yeni məsuliyyətlər onun ştatın qubernatoru kimi işinə heç bir şəkildə təsir etməyəcək".
Aynur Babazadə
Bakı 




