"Ukrayna çətin vəziyyətdədir. Kiyev nə müharibəni bitirə, nə də davam etdirə bilər".
Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə bildirib.
"Bu gün Ukrayna çətin vəziyyətdədir. Ukrayna hakimiyyəti nə müharibəni davam etdirə, nə də onu bitirə bilər. Bu, ən böyük çağırışdır, çünki bütün bu döngələr və müharibə dalana dirənib. Müharibənin davam etdirilməsi çətindir. Onu bitirmək də çətindir", - Papuaşvili deyib.
Bakı 



