• Bakı 12° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Vyetnamda daşqınlar: 55 nəfər öldü

DÜNYA

22 Noyabr 2025 | 14:29

Vyetnamda daşqınlar: 55 nəfər öldü

Bu həftə Vyetnamın mərkəzi bölgələrində güclü yağışlar nəticəsində baş verən daşqınlar ölkədə fəlakətə yol açıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “VnExpress”in məlumatında deyilir.

Bildirilib ki, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 55 nəfərə yüksəlib, daha 13 nəfər isə itkin düşmüş sayılır.

Rəsmilərin açıqlamasına əsasən, daşqınlar böyük maddi ziyan vurub: 946 ev tamamilə dağılıb, təxminən 28 min 500 ev isə su altında qalıb.

Məlumata görə, yağışların intensivliyi azalsa da, bölgədəki bəzi çaylarda su səviyyəsi təhlükəli həddə qalmaqda davam edir. Hakimiyyət orqanları vəziyyətin hələ də ciddi təhlükə yaratdığını bildirir və sakinlərə ehtiyatlı olmağı tövsiyə edirlər.


SON XƏBƏRLƏR

21 Noyabr 2025