• Bakı 12° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Ternopola hücumda ölənlərin sayı 32 nəfərə çatıb

DÜNYA

22 Noyabr 2025 | 15:08

Ternopola hücumda ölənlərin sayı 32 nəfərə çatıb

Rusiyanın bir neçə gün əvvəl Ukraynanın Ternopol bölgəsində hücumunda ölənlərin sayı 32 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın fövqəladə hallar nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhər saatlarına olan məlumata əsasən, Ternopolda həlak olanların sayı 32 nəfərə çatıb və onların arasında 6 uşaq var. 94 nəfər xəsarət alıb, onlardan isə 18 nəfəri uşaqlardır. 7 nəfər isə itkin düşmüş hesab olunur”, - Ukrayna fövqəladə hallar nazirliyi bildirib.

Əlavə edilib ki, nazirlik əməkdaşları fasiləsiz olaraq xilasetmə tədbirlərini həyata keçirir.

Xatırladaq ki, Rusiya ordusu noyabrın 19-da Ternopolda yerləşən yaşayış binasına hücum edib.

Çoxmərtəbəli binanın 3-dən 9-cu mərtəbəyə qədər olan hissəsi dağılıb.


SON XƏBƏRLƏR

21 Noyabr 2025