• Bakı 12° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Kelloqu o əvəz edəcək

DÜNYA

22 Noyabr 2025 | 15:02

Kelloqu o əvəz edəcək

ABŞ prezidenti Donald Tramp ordu katibi Daniel Driskolu Ukrayna üzrə yeni xüsusi nümayəndə təyin edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Guardian" öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Tramp cümə axşamı Kiyevdə ABŞ-nin yüksək rütbəli hərbi rəsmiləri ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən danışıqlardan sonra Driskolu Ukrayna üzrə yeni xüsusi nümayəndə təyin etmək qərarına gəlib. Driskol Keyt Kelloqu əvəz edəcək.

Xatırladaq ki, çərşənbə günü "Reuters" mənbələrə istinadən xəbər vermişdi ki, Kelloq 2026-cı ilin yanvarında postunu və Tramp administrasiyasını tərk etməyi planlaşdırır.


SON XƏBƏRLƏR

21 Noyabr 2025