• Bakı 13° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Almaniya Rusiyadan qaz idxalını 2028-ci ilin əvvəlindən tez dayandıracaq

DÜNYA

22 Noyabr 2025 | 15:39

Almaniya Rusiyadan qaz idxalını 2028-ci ilin əvvəlindən tez dayandıracaq

Almaniya daha bir neçə il SEFE (Securing Energy for Europe GmbH) vasitəsilə Rusiyadan qaz idxal etməyə məcbur olacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Federal Şəbəkə Agentliyinin (tənzimləyici) rəhbəri Klaus Müller "Funke" media qrupuna bildirib.

"Avropa Komissiyası Rusiya qazının idxalı üzrə cari uzunmüddətli müqavilələrin müddətini 2028-ci ilin əvvəlindən gec olmayaraq başa vurmağı planlaşdırır", - o qeyd edib. Müllerin sözlərinə görə, "dövlət Avropanın sanksiya rejimi olmadan bu tədarükü məhdudlaşdıra bilməz".

Müller iddia edib ki, heç kim indiki vəziyyətdən razı ola bilməz: "Ancaq indi Avropa İttifaqı hərəkətə keçib və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib ki, bu da idxalın dayandırılmasına şərait yaradıb".
 


SON XƏBƏRLƏR

21 Noyabr 2025