• Bakı 16° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Qazaxıstanda hava məkanının monitorinqi gücləndirilib 

DÜNYA

23 Oktyabr 2025 | 15:56

Qazaxıstanda hava məkanının monitorinqi gücləndirilib 

Qazaxıstanda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkar edilib.

Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bu barədə Qərbi Qazaxıstan vilayətinin polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Burlin rayonunda pilotsuz uçuş aparatının (PUA) hissələrinə oxşayan obyektlərin aşkar edilməsi ilə bağlı aidiyyəti orqanlarla birlikdə araşdırma aparılır.

Qızıltala kəndinin sakinləri oktyabrın 23-də səhər saatlarında partlayış səsi eşitdiklərini bildiriblər. Onların sözlərinə görə, təkan dalğası yaşayış binalarını silkələyib. Bundan başqa, yerli sakinlər tərəfindən yayımlanan pilotsuz təyyarənin qalıqlarının fotoşəkillərində Ukrayna dilində yazılar var.

Qazaxıstan Müdafiə Nazirliyi daha sonra ölkənin qərbində mənşəyi naməlum PUA-nın partladığını təsdiqləyib. Nazirlik partlayışın yaşayış olmayan ərazidə baş verdiyi üçün hadisə nəticəsində tələfat və dağıntı olmadığını qeyd edib.

Müdafiə Nazirliyi həmçinin pilotsuz təyyarənin qəzaya uğramasından sonra respublikada hava məkanının monitorinqini gücləndirdiyini açıqlayıb. N

Gülşən Şərif


SON XƏBƏRLƏR