• Bakı 24° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub

HADİSƏ

24 Avqust 2025 | 18:34

Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub

Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Əzizovun törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

    A.Əzizov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

    Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.


    SON XƏBƏRLƏR