• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

ABŞ-də atışma: 1 nəfər ölüb, 4 nəfər yaralanıb

DÜNYA

24 Avqust 2025 | 15:17

ABŞ-də atışma: 1 nəfər ölüb, 4 nəfər yaralanıb

 ABŞ-nin Nyu-York şəhərində atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə polisə istinadən "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, 32 yaşlı kişi döş qəfəsindən aldığı güllə yaralarından dünyasını dəyişib, üzündən güllə yarası alan 17 yaşlı qızın vəziyyəti ağır, digər üç zərərçəkənin vəziyyəti sabitdir.

Qeyd olunur ki, insident qruplaşma davası ilə bağlıdır və Bronks parkında basketbol turniri zamanı baş verib. Polis dörd şübhəlini saxlayıb, onların üzərində bir neçə odlu silah olduğu aşkarlanıb.


SON XƏBƏRLƏR

23 Avqust 2025