• Bakı 24° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Böyük Britaniya Ukrayna hərbçilərinin təlimini 2026-cı ilə qədər uzadır

DÜNYA

24 Avqust 2025 | 17:54

Böyük Britaniya Ukrayna hərbçilərinin təlimini 2026-cı ilə qədər uzadır

Böyük Britaniya Ukraynaya dəstək məqsədilə hərbçilərin təlim proqramını davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, “Interflex” təlim proqramı döyüş hazırlığı və liderlik bacarıqlarının öyrədilməsi üzrə ən azı 2026-cı ilin sonuna qədər davam edəcək.

Nəşr qeyd edir ki, bu həftə ABŞ və Avropa hərbi rəhbərləri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etmək üçün bir araya gəlib və potensial sülh sazişi ilə bağlı işlər sürətlənib. Böyük Britaniya və Fransanın başçılıq etdiyi “istəkli koalisiya” sülh sazişindən sonra hücumların qarşısını almaq üçün Ukraynada çoxmillətli hərbi qüvvələrin yerləşdirilməsi planlarını hazırlayıb.

Hazırlanan tədbirlər paketinin ilk mərhələsi Ukrayna ordusunun gücləndirilməsini nəzərdə tutur. Bu qüvvələr əsasən Avropa ölkələrindən ibarət çoxmillətli qrup tərəfindən dəstəklənəcək və bu qrup cəbhə xəttindən uzaqda Ukraynada yerləşdiriləcək. Planın digər hissəsi ABŞ-NİN kəşfiyyat məlumatlarının paylaşılması, sərhəd müşahidəsi, silah tədarükü və bəlkə də hava hücumundan müdafiə sistemlərinin təmin edilməsini əhatə edir.

“Interflex” proqramı çərçivəsində indiyə qədər 50 mindən çox ukraynalı hərbçi Böyük Britaniyada təlim keçib.


SON XƏBƏRLƏR