"Rusiyanın ilə Ukrayna arasındakı müharibə yaxın 6 ayda başa çatacaq."
Bakıvaxtı.az xəbər verir ki, bu proqnozla ABŞ-ın vitse-prezidenti Devid Vens çıxış edib.
“Hazırda məni həyəcanlandıran odur ki, bizim qətli dayandırmağa çalışmaq üçün güclü diplomatiya ilə məşğul olan bir prezidentimiz var. Bunun nəticəsi nə olursa olsun, istər üç ay, istərsə də altı ay ərzində müharibə bitsin. Ümid edirəm ki, gec olmadan müharibə bitər. Amma bəlkə də biz qətli dayandırmağa çalışan prezidentlə fəxr etməliyik”, - Vens bildirib.
Bundan əlavə, o, əlavə edib ki, Ukraynanın ərazi sərhədlərinin yekun olaraq müəyyən edilməsi haqqı elə ukraynalıların özündə qalacaq.