• Bakı 19° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

Gürcüstan XİN: Aİ-nin səfir dəvəti qeyri-ciddi münasibətin göstəricisidir

DÜNYA

23 Sentyabr 2025 | 21:22

Gürcüstan XİN: Aİ-nin səfir dəvəti qeyri-ciddi münasibətin göstəricisidir

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının ölkəni oktyabrın 20-də Lüksemburqda keçiriləcək Əlaqələr üzrə Nazirlər Şurasının iclasına səfir səviyyəsində dəvət etməsini tənqid edib.

Bakıvaxtı.az-ın məlumatına görə, XİN-in açıqlamasında bu yanaşmanın Gürcüstanda radikal gündəmi və siyasi qütbləşməni təşviq etmək üçün növbəti cəhd kimi qiymətləndirildiyi bildirilib.

Qeyd olunub ki, Gürcüstanın səfirinin Aİ səviyyəsində nazir görüşünə dəvət olunması qəbuledilməzdir:

"Bu, geosiyasi reallığın inkarıdır və Avropa İttifaqının qeyri-ciddi münasibətindən xəbər verir. Gürcüstanın regional təhlükəsizlikdə və Avropa-Asiya əlaqələrində oynadığı rol nəzərə alınmalı, ölkə müvafiq səviyyədə – yəni xarici işlər naziri səviyyəsində təmsil edilməlidir. Avropa İttifaqı institutlarının bu yanaşması yalnız ölkə daxilində siyasi spekulyasiya yaratmaq və cəmiyyətdə qütbləşməni dərinləşdirmək məqsədi daşıyır. Ümid edirik ki, Aİ üzv dövlətlərinin əksəriyyəti Gürcüstanın strateji rolunu düzgün qiymətləndirəcək və Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin mövqeyini bölüşməyəcək", - məlumatda bildirilib./report


SON XƏBƏRLƏR