Rusiya müharibənin 1338-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 91 983 PUA-sı, 633 zenit-raket kompleksi, 25 630 tank və digər zirehli texnikası, 1 605 reaktiv yaylım atəş sistemi, 30 725 artilleriya və minaatanı, 44 642 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.