• Bakı 13° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Türkiyənin ümumi qaz anbarlarının tutumu 6,3 milyard kubmetrə çatıb

    DÜNYA

    22 Noyabr 2025 | 17:11

    Türkiyənin ümumi qaz anbarlarının tutumu 6,3 milyard kubmetrə çatıb

    Türkiyənin qaz anbarlarının ümumi aktiv tutumu 6,3 milyard kubmetrə çatıb. Biz qış mövsümünə tam hazırıq.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar şənbə günü bildirib. Onun sözlərinə görə, görülən işlər sayəsində ölkənin iki ən böyük qaz anbarı olan “Duzlu göl” və “Silivri”nin “mavi yanacaq” tutumu 1,7 milyard kubmetr artırılıb. “Türkiyənin qaz anbarları hazırda 100 faiz doludur. İqtisadiyyatın və əhalinin fasiləsiz qaz təchizatının təmin edilməsi üçün əlimizdən gələni edirik”, - deyə A.Bayraktar əmin edib.

    Energetika naziri, həmçinin daxili yataqlarda qaz hasilatının artırılmasının əhəmiyyətini qeyd edərək, 2026-cı ilin ortalarına qədər təkcə Qara dənizin Türkiyə sektorundakı “Sakarya” yatağından ölkənin qaz nəqli sisteminə gündə 20 milyon kubmetrə qədər qaz vurulacağının planlaşdırıldığını, bunun da 8,5 milyon müştərinin ehtiyaclarını ödəməyə imkan verəcəyini bildirib.


    SON XƏBƏRLƏR