Noyabrın 24-də Anqolada Avropa İttifaqının (Aİ) Ukrayna üzrə fövqəladə sammiti keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antonio Kosta "X"də yazıb.
“Mən Aİ-nin 27 ölkəsinin liderlərini bazar ertəsi Luandada Ukrayna ilə bağlı fövqəladə iclas keçirməyə dəvət etmişəm”, - o yazıb.
Kosta təsdiqləyib ki, əsas müzakirə mövzusu ABŞ-nin təklif etdiyi, “uzunmüddətli nizamlanma üçün zəruri müddəaları ehtiva edən” 28 bəndlik plan olacaq.
Bakı 



