• Bakı C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Hakerlər “Spotify”ın musiqi kataloqunu sındırdı

DÜNYA

22 Dekabr 2025 | 17:55

Hakerlər “Spotify”ın musiqi kataloqunu sındırdı

“Pirat-aktivistlər” adlandırılan haker qrupu İsveç–Lüksemburq mənşəli audio və media məzmununun strim xidməti olan “Spotify”ın musiqi kataloqunu sındıraraq 86 milyon audiofayla çıxış əldə edib.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bilboard” nəşrinin yazdığına görə, kibermüdaxilə zaman hasil olunan məlumatlar 256 milyon sətirlik trek metaməlumatlarını və 86 milyon audiofaylı əhatə edir. Sözügedən materialların P2P şəbəkələri vasitəsilə, təxminən 300 terabayt ümumi həcmə malik torrentlər şəklində yayılması nəzərdə tutulur.

“İcazəsiz girişlə bağlı aparılan araşdırma göstərib ki, üçüncü tərəf açıq şəkildə mövcud olan metadatanı köçürüb və DRM (Rəqəmsal hüquqların idarə edilməsi) sistemindən yan keçmək, həmçinin platformadakı bəzi audiofayllara çıxış əldə etmək üçün qeyri-qanuni üsullardan istifadə edib”, - “Spotify” bəyanatında deyilir./Trend 


SON XƏBƏRLƏR