• Bakı C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

Ərdoğandan Suriya ilə bağlı bəyanat 

DÜNYA

21 Yanvar 2026 | 17:18

Ərdoğandan Suriya ilə bağlı bəyanat 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Suriya ilə bağlı bəyanat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bəyanatda deyilir: 

"Suriyadakı kürdlər bizim sözün əsl mənasında qardaş və bacılarımızdır. Onların qardaşı olaraq, Suriyadakı kürd qardaş və bacılarımızın keçmiş zalım rejim dövründə hansı zülm və haqsızlıqlara məruz qaldığını hamıdan yaxşı biz bilirik.

Onların mövcudluğu belə tanınmır, vətəndaş kimi qəbul edilmirdilər. Onlara heç şəxsiyyət vəsiqəsi də verilmirdi. Ana dillərində danışmalarına, mədəniyyət və adət-ənənələrini qoruyub yaşatmalarına icazə yox idi".

Türkiyə prezidenti 2008-ci ildən etibarən apardığı bütün görüşlərdə bu ədalətsizlikləri ardıcıl şəkildə gündəmə gətirdiyini bildirib: "Biz Suriyadakı kürd qardaş və bacılarımızın hüquqlarını daim prioritet məsələ kimi diqqət mərkəzində saxlamış və hər fürsətdə onların fundamental hüquqlarının layiqincə bərpa edilməsinin vacibliyini vurğulamışıq. Heç kimin bu məsələləri dilə gətirməyə cəsarət etmədiyi, Suriyadakı kürdlərin hüquqlarının müzakirə mövzusu olmadığı bir dövrdə biz bu həqiqətləri bütün həmsöhbətlərimizə açıq və qəti şəkildə çatdırmışıq".

Ərdoğanın sözlərinə görə, keçmiş rejimlə münasibətlər kəsilməzdən əvvəl keçirilən bütün görüşlərdə Suriyadakı kürdlərin hüquqları gündəmin əsas mövzularından olub: "Başqa sözlə, biz bu məsələyə heç vaxt fürsətçilik və ya şəxsi maraq prizmasından yanaşmamışıq, əksinə, onu daim qardaşlığa əsaslanan humanitar bir məsələ kimi dəyərləndirmişik.

Türklər, kürdlər və ərəblər tarixdə olduğu kimi yenə bir araya gələcək, həmrəylik göstərəcək, ortaq baxış bucağı formalaşdıracaq və bölgəmizin qarşısında duran problemləri birlikdə həll edəcəklər.

Bu dövrdə İŞİD terrorçuları təkcə Suriya müxalifətini deyil, eyni zamanda kürd qardaş və bacılarımızı da hədəfə alıb və onlara qarşı qətliamlar törədib".

Rəcəb Tayyib Ərdoğan ötən gün Donald Trampla konstruktiv bir telefon danışığı apardığını və bu məsələləri ətraflı müzakirə etdiklərini vurğulayıb:

"Biz Suriyanın təhlükəsizliyini gücləndirəcək bir sıra əsas mövzuları, o cümlədən İŞİD-lə mübarizədə əməkdaşlığımızı müzakirə etdik"./Teleqraf 


SON XƏBƏRLƏR