"Amerika Demokrat Partiyası 2026-cı il ara seçkilərindən sonra Konqresdə çoxluq qazanarsa, prezident Donald Trampa qarşı impiçment proseduruna başlayacaq".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublikaçı spiker Mayk Conson bildirib.
"Deyildiyi kimi, 2026-cı il ara seçkiləri hər şeydir və görüləsi çox işimiz var. Amma Nümayəndələr Palatasında üstünlüyü itirsək, eşitdiyiniz kimi, radikal solçular prezident Trampı impiçment edəcəklər. Onlar tam xaos yaradacaqlar və biz buna yol verə bilmərik. Bilirəm ki, siz də buna yol verməyəcəksiniz", - deyə o bildirib.
Zeynəb Rzayeva
Bakı 




