Ukrayna PUA-ları Rusiyanın Krasnodar ərazisində "Tamanneftqaz" dəniz neft terminalına hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində neft terminalı avadanlıqları, mayeləşdirilmiş qaz terminalı və liman infrastrukturu ciddi zədələnib. Partlayışlar nəticəsində boru kəmərləri, iki körpü və iki gəmi zədələnib.
Hücum dekabrın 21-dən 22-nə keçən gecə baş tutub.
Bakı 




