• Bakı 23° C

    10.56 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

HƏMAS-dan İsrail ÇAĞIRIŞI

DÜNYA

22 Noyabr 2025 | 17:06

HƏMAS-dan İsrail ÇAĞIRIŞI

Fələstinin HƏMAS hərəkatı Misir, Qətər, ABŞ və Türkiyəni Qəzza zolağında atəşkəs rejimini pozmağı dayandırması və müvafiq razılaşmaya əməl etməsi üçün İsrailə təzyiq göstərməyə çağırıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında yerləşdirilmiş bəyanatda deyilir.

"İşğal ordusunun Qəzza zolağının şərqindəki əraziləri hava hücumları və artilleriya atəşinə tutmaqla yanaşı, əhalimizin kütləvi surətdə yerdəyişməsi ilə müşayiət olunan Sarı Xətti məhv etmək cəhdlərini davam etdirməsi və onun gündəlik qərbə doğru irəliləməsi atəşkəs razılaşmasının kobud şəkildə pozulmasını təşkil edir", - HƏMAS-dan bildirilib.

Həmas vasitəçiləri “təcili müdaxilə etməyə və bu pozuntulara dərhal son qoymaq üçün təzyiq göstərməyə” çağırıb. Fələstin qrupu həmçinin ABŞ-dən İsrail hökumətini razılaşmadan irəli gələn öhdəliklərə əməl etməyə məcbur etməyi tələb edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR