• Bakı 17° C

    1.68 m/s

Ozobiçin yeni komandası məlum oldu

İDMAN

24 Avqust 2026 | 18:13 | Müəllif: Subhan Mahmudov

Ozobiçin yeni komandası məlum oldu

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Filip Ozobiç karyerasını Xorvatiyada davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, 35 yaşlı futbolçu “Mladost” (Jdravoli) klubuna keçib.

Tərəflər arasında imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Ozobiç ötən mövsümü “Turan Tovuz”da keçirib. O, Azərbaycanda “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin də formasını geyinib. Yarımmüdafiəçi daha əvvəl Xorvatiyanın “Slaven” (Belupo), “Hayduk” (Split) və Rusiyanın “Spartak” (Moskva) klublarında çıxış edib.

Filip Ozobiç Azərbaycan millisində 15 oyun keçirib və 1 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026