• Bakı 30° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Kanadalılar ABŞ ilə ticarət danışıqlarının dayandırılmasını istəyir

İQTİSADİYYAT

24 Avqust 2026 | 16:01

Kanadalılar ABŞ ilə ticarət danışıqlarının dayandırılmasını istəyir

Kanadalıların böyük əksəriyyəti federal hökumətin ABŞ ilə ticarət danışıqlarından imtina etmək qərarını dəstəkləyir.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, "Angus Reid" İnstitutu tərəfindən aparılan sorğunun nəticəsində yer alıb.

Sorğunun nəticəsinə görə, respondentlərin 76 faizi federal hökumətin mövqeyini dəstəkləyir. Hətta əsas müxalifət Mühafizəkarlar Partiyasının tərəfdarlarından olan respondentlərin 53 faizi pis bir razılaşmanı qəbul etməkdənsə, ayrılmağın düzgün olduğunu bildirib.

Kanadalılar həmçinin hökumətin 8 sentyabrda dollara qarşı cavab tarifləri tətbiq etmək planına güclü dəstək nümayiş etdiriblər və respondentlərin 62 faizi əks-tarif sxemini "şəraitə uyğun" adlandırıblar.

 Kanadalıların 64 faizi Kanadanın ABŞ-dən iqtisadi asılılığını azaltdıqca, ölkənin daha da güclənəcəyinə inanır, 26 faizi isə ən vacib ticarət tərəfdaşı ilə əlaqələrə uzunmüddətli ziyan vurulacağından narahatlığını bildirib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR