• Bakı 29° C

    6.58 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

DİN Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

SİYASƏT

24 Avqust 2026 | 16:35

DİN Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 1-də Sumqayıt şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qəbula yazılmaq istəyən şəhər sakinləri Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 31.08.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı sentyabrın 1-də saat 08:00-da DİN Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR