• Bakı 26° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Ukraynada "Storm Shadow" raketləri istehsal ediləcək

DÜNYA

24 Avqust 2026 | 20:29

Ukraynada "Storm Shadow" raketləri istehsal ediləcək

Ukrayna uzaqmənzilli "Storm Shadow" raketlərini müstəqil şəkildə istehsal edəcək.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bunu Ukrayna paytaxtı Kiyevdə "İstəklilər koalisiyası"nın toplantısından sonra Böyük Britaniyanın Baş naziri Endi Börnhem jurnalistlərə açıqlayıb.

"Britaniya müvafiq texnologiyaların ötürülməsini rəsmi olaraq təsdiqləyib və müdafiə müəssisələrini əməkdaşlığa cəlb edəcək. Britaniya hələ 2023-cü ildə Ukraynaya uzaqmənzilli silah təqdim edib", - Baş nazir əlavə edib.

O həmçinin xatırladıb ki, Prezident Volodimir Zelenski Ukraynanın bu cür imkanları müstəqil şəkildə yarada bilməsi üçün "Storm Shadow" texnologiyası barədə məlumat xahiş edib:

"Bu gün sorğunu təsdiqlədiymi bildirməkdən məmnunam. Biz həmçinin Prezident Makrona (Fransa Prezidenti Emmanuel Makron-red.) və onun həmkarlarına təşəkkür edirik, bunun inkişafı üçün Britaniya və Fransa sənayesi Ukrayna ilə birlikdə işləyəcək", - Britaniyanın Baş naziri vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR