• Bakı 30° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Tovuzda AĞIR QƏZA – Xəsarət alan var

HADİSƏ

24 Avqust 2026 | 15:39

Tovuzda AĞIR QƏZA – Xəsarət alan var

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bakıvaxtı.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. 

Hərəkətdə olan "VAZ 21011" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində ağaca çırpılıb və daha sonra zərbənin təsirindən maşın yaxınlıqdakı bağa aşıb.

Qəza zamanı Əlibəyli kənd sakini 2005-ci il təvəllüdlü Niyaməddin Xəlilov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir. 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR