• Bakı 27° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Şəhərətrafı qatarların hərəkət cədvəli YENİLƏNİR

CƏMİYYƏT

24 Avqust 2026 | 19:19

Şəhərətrafı qatarların hərəkət cədvəli YENİLƏNİR

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 25 avqustdan Xırdalan–Biləcəri mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə hərəkət edən şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik edəcək.

Bakıvaxtı.az xəbər verir ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, şəhərətrafı qatarların ümumi reys sayı 84-dən 90-a artırılacaq.

Bir daha qeyd edirik ki, bu dəyişiklik müvəqqətidir. Təmir işləri bitdikdən sonra Xırdalan-Sumqayıt xətti üzrə də sərnişindaşıma bərpa ediləcək.

Avqustun 25-dən etibarən yeni hərəkət cədvəlləri www.ady.az saytında və “ADY Mobile” tətbiqində aktiv olacaq.

Sərnişinlərdən səfərlərini planlaşdırarkən yenilənmiş hərəkət cədvəli ilə əvvəlcədən tanış olmaları xahiş olunur.

Yeni cədvəllər: https://sml.az/25-avqust-qrafik


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR