Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin gənclik və hərbi xidmətinin ilk illərinə aid nadir fotoları üzə çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, fotolarda Elçin Quliyevin gənc yaşlarında hərbi xidmətdə olduğu dövr, eləcə də həmin illərdə “Sərhəd” estrada qrupu ilə birlikdə çəkilmiş görüntüləri əks olunub.
Sözügedən fotolar general-polkovnikin hərbi karyerasının ilk mərhələlərinə və gənclik illərinə işıq salır.
Qeyd edək ki, Elçin Quliyev 1982–1984-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb, 1984-cü ildə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə daxil olub. O, 1988-ci ildə ali hərbi məktəbi bitirdikdən sonra SSRİ-nin Şimal Qüvvələr Qrupunun tərkibində xidmət edib.
Daha sonra Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edən Elçin Quliyev 2001-ci ildə Milli Təhlükəsizlik Nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı təyin edilib. 2002-ci ildən isə Dövlət Sərhəd Xidmətinə rəhbərlik edir.
Elcan Musalı







