• Bakı 29° C

    6.58 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Tiktok üçün video çəkən yeniyetmə öldü

CƏMİYYƏT

24 Avqust 2026 | 16:32

Tiktok üçün video çəkən yeniyetmə öldü

Ağstafada bədbəxt hadisə nəticəsində xəsarət alan 15 yaşlı Ö.Nəsibov vəfat edib.

Bakıvaxtı.az Unikal.az-a istinadla xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, 2011-ci il təvəllüdlü şəxs (kişi) 21.08.2026-cı il tarixində saat 23:00 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Yanıq xəsarətləri alan şəxsə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub. Sifətin, boyunun, hər iki yuxarı ətrafların ön və arxa səthlərin III-IV dərəcə elektrotravmalı ağır dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 22.08.2026-cı il tarixində saat 20:10 radələrində ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, yeniyetməni Tiktok sosial şəbəkə platforması üçün video çəkmək istəyərkən elektrik cərəyanı vurduğu bildirilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR