• Bakı 27° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Azərbaycana gələn Özbəkistan turistlərinin sayı artıb

İQTİSADİYYAT

24 Avqust 2026 | 18:04

Azərbaycana gələn Özbəkistan turistlərinin sayı artıb

"Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması iki qardaş ölkənin strateji yaxınlıq səviyyəsini göstərir".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, iki dövlət başçıları arasındakı mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində xüsusi rol oynamaqdadır:

"Bununla yanaşı, qardaş ölkə vətəndaşlarının qarşılıqlı səfərləri dövlətlər arasındakı möhkəm telləri daha da gücləndirir. 2026-cı geridə qalan aylarında 44 min Özbəkistan vətəndaşı Azərbaycana səfər edib. Bu o deməkdir ki, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Özbəkistandan gələn tursitlərin sayı 34 faiz artıb. 2025-ci ildə Azərbaycana gələn Özbəkistan vətəndaşlarının sayı 46 min nəfər olub.

Praktik olaraq, bu ilin ilk 8 ayında Özbəkistandan Azərbaycana gələnlərin sayı əvvəlki il üzrə ümumi göstərici ilə demək olar ki, eynidir. Bu isə illik yekundan daha ciddi artım faizinin olacağından xəbər verir. Göründüyü kimi, strateji qardaşlıq münasibətləri ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinə təsir göstərib. Xüsusən də, sağlamlıq turizmi məqsədi ilə Azərbaycana gələn Özbəkistan turistlərinin sayında artım müşahidə edilir. Turizm sadəcə səfərlər deyil, həmçinin qardaşlıq körpülərinin daha gücləndirilməsi deməkdir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR