• Bakı 21° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Samarada uçuşlar DAYANDI: 13 reys gecikir

DÜNYA

24 Avqust 2026 | 11:34 | Müəllif: Zeynəb Rzayeva

Samarada uçuşlar DAYANDI: 13 reys gecikir

Rusiyanın Samara şəhərinin "Kurumoç" beynəlxalq aeroportunda uçuş və eniş üzrə 13 reys gecikir, daha 2 reys isə ümumiyyətlə ləğv edilib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə aeroportun onlayn cədvəlində məlumat verilib.

Məlumata görə, gecikmələr əsasən Soçi, Sankt-Peterburq və Moskva istiqamətində olan reyslərdə müşahidə olunur. Soçiyə nəzərdə tutulan iki təyyarə avqustun 23-dən bəri uçuş gözləyir. Eyni zamanda Moskva, Sankt-Peterburq və Şarm əl-Şeyxdən gələn reyslər də qrafikdən kənara çıxıb.

Novosibirsk istiqamətində olan gediş-gəliş reysləri isə tamamilə ləğv olunub.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR