• Bakı 32° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Britaniyada 53 mindən çox müəssisə iflas riski ilə üzləşib

İQTİSADİYYAT

24 Avqust 2026 | 11:27

Britaniyada 53 mindən çox müəssisə iflas riski ilə üzləşib

Böyük Britaniyada 53 mindən çox müəssisə kritik maliyyə böhranı yaşayır, daha 674 min müəssisə isə ciddi maliyyə çətinlikləri ilə üzləşir. 

Bakıvaxtı.az "The Times" qəzetinə istinadən xəbər verir ki, son bir ildə xidmət sektorundakı şirkətlər böyük çətinliklərlə üzləşib. 

Bülə ki, istirahət və turizm sektorlarında maliyyə çətinlikləri ilə üzləşən firmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə ikinci rübdə təxminən 27% artıb. Buna səbəb isə enerji xərclərinin kəskin artmasından sonra inflyasiyanın dörd aylıq ən yüksək həddə çatmasıdır.

Maliyyə çətinlikləri səbəbindən britaniyalılar tətil, açıq havada yemək, səyahət və idman kimi istirahət fəaliyyətlərini azaldır.

Mütəxəssislərə görə, 2027-ci ildə enerji qiymətlərinin daha da artması və ya inflyasiyanın artması maliyyə çətinliklərini daha da pisləşdirə bilər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Avqust 2026