• Bakı 33° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Paşinyan: Rusiyanın bu rolu məhduddur

DÜNYA

24 Avqust 2026 | 12:17

Paşinyan: Rusiyanın bu rolu məhduddur

Ermənistan-Rusiya münasibətlərində baş verən dəyişikliklər Azərbaycanla sülh prosesi və Türkiyə ilə münasibətlərin normallaşması fonunda təbii prosesdir.

Bakıvaxtı.az "RİA"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Paşinyanın sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri Azərbaycanla münaqişə şəraitində fərqli, Bakı ilə sülhün və Ankara ilə münasibətlərin normallaşmasının mümkün olduğu yeni şəraitdə isə tamamilə başqa xarakter daşıyır.   

O bildirib ki, Ermənistanla Rusiya arasında münasibətlər uzun illər əsasən təhlükəsizlik məsələləri üzərində qurulub.

Paşinyan qeyd edib ki, Rusiya iki əsr ərzində erməni xalqının, daha sonra isə Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi qəbul edilib. Baş nazir əlavə edib ki, 2021–2023-cü illərdə baş verən hadisələr Moskvanın bu rolu yerinə yetirmək imkanlarının müəyyən hallarda məhdud ola biləcəyini göstərib.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Avqust 2026