• Bakı 33° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Aleksandr Çeferin FIFA prezidentliyinə NAMİZƏD OLMAYACAQ 

İDMAN

24 Avqust 2026 | 12:08

Aleksandr Çeferin FIFA prezidentliyinə NAMİZƏD OLMAYACAQ

UEFA prezidenti Aleksandr Çeferin 2027-ci ilin martında Mərakeşdə keçiriləcək FIFA prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb.

Bakıvaxtı.az  xarici mediaya istinadən xəbər verir ki, Çeferin “Rest is Politics” podkastında bildirib ki, FIFA prezidentliyinə marağı yoxdur və UEFA-dakı fəaliyyətindən məmnundur.

O, bu vəzifəyə namizəd olmamasının nüfuz və etibarının qorumasına kömək edəcəyini deyib.

Xartırladaq ki, 58 yaşlı sloveniyalı 2016-cı ilin sentyabrından UEFA-ya rəhbərlik edir və iki dəfə yenidən bu vəzifəyə seçilib. O, eyni zamanda FIFA-nın vitse-prezidentidir.

Qeyd edək ki, son dövrlərdə UEFA ilə FIFA rəhbərliyi arasında fikir ayrılıqları artıb. FIFA prezidenti Canni İnfantinonun “FIFA Forward Enterprise” layihəsi UEFA, KONKAKAF, AFC və KONMEBOL-un etirazı ilə qarşılaşıb. UEFA hətta layihədən imtina edilməyəcəyi təqdirdə FIFA turnirlərini boykot edə biləcəyini açıqlamışdı.

İnfantino daha sonra layihədən imtina etdiyini bildirsə də, UEFA FIFA rəhbərliyinə olan etimadın ciddi şəkildə sarsıldığını bəyan edib.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Avqust 2026