Ucarda avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Toqquşma zamanı müxtəlif bədən xəsarətləri alan 1992-ci il təvəllüdlü rayon sakini Umudov Pünhan Bəşir oğlu xəstəxanaya çatdırılıb. Xəsarətlərinin ciddiliyi nəzərə alınaraq o, daha sonra Bakıda yerləşən klinikalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Elcan Musalı




