ABŞ İrana qarşı müstəsna iqtisadi təcrid və "maliyyə hücumu" elan edib. Birləşmiş Ştatlar xəbərdarlıq edib ki, Tehran bu addımlara hərbi eskalasiya ilə cavab verərsə, dərhal və qətiyyətlə cavab zərbələri endiriləcək.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Financial Times" qəzetindəki məqaləsində bildirib.
Nazirin sözlərinə görə, Prezident Donald Tramp İrana dəstək verən istənilən ölkə və ya müəssisənin də cəzalandırılacağını açıqlayıb. Tehran iqtisadi çökmə fonunda ABŞ hərbçilərinə və ya Fars körfəzindəki qonşularına hücum edərsə, Vaşinqton ləngimədən hərbi güc tətbiq edəcək.
İran XİN isə Vaşinqtonun bu addımını "iqtisadi terrorizm və bəşəriyyətə qarşı cinayət" adlandırıb.
Zeynəb Rzayeva




