• Bakı 33° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Çin xarici işlər naziri iordaniyalı həmkarı ilə görüşüb

DÜNYA

24 Avqust 2026 | 12:21

Çin xarici işlər naziri iordaniyalı həmkarı ilə görüşüb

Çinin xarici işlər naziri Vanq Yi Pekində İordaniya Baş nazirinin müavini və xarici işlər naziri Ayman Səfadi ilə görüşüb.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vanq Yi İordaniya Kralı II Abdullahı Çinə səfərində müşayiət edən Ə. əl-Səfədiyə kralın səfərinin tam uğurlu olacağına əmin olduğunu bildirib.

Məlumata görə, Çinin xarici işlər naziri İordaniyanın Yaxın Şərqdə mühüm bir ölkə olduğunu vurğulayıb. Çin İordaniyanın Fələstin məsələsi və digər regional məsələlərin həllində krallığın müsbət rolunu dəstəkləməyə davam edəcəyinə söz verib.

Çinli nazir bildirib ki, Çin İordaniyanın Çinə qarşı dostluq siyasətinə və vahid Çin prinsipinə olan qətiyyətini yüksək qiymətləndirir və İordaniyanın milli müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında onu dəstəkləməyə davam edəcək.

Ayman Səfadi də öz növbəsində İordaniyanın Çin ilə münasibətlərə önəm verdiyini və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Avqust 2026