• Bakı 32° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Voleybolçularımız rumın rəqibləri ilə qarşılaşacaq

İQTİSADİYYAT

24 Avqust 2026 | 09:14

Voleybolçularımız rumın rəqibləri ilə qarşılaşacaq

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün növbəti matçını keçirəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Rumıniya ilə üz-üzə gələcək.

Qarşılaşma Milli Gimnastika Arenasında, saat 18:30-da start götürəcək.

Qrupun digər oyununda, saat 15:30-da isə Niderland və Portuqaliya yığmaları münasibətləri aydınlaşdıracaq.

Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək. İki turdan sonra Azərbaycan millisi 6 xalla qrup lideridir. Belçika (5 xal) ikinci, Niderland (2 xal) üçüncüdür. Hərəyə 1 xalı olan Rumıniya ilə İspaniya müvafiq olaraq 4-5-ci yerləri bölüşürlər. Xalı olmayan Portuqaliya sonuncu - altıncıdır.

Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Avqust 2026